3D VİZUALLAŞDIMA İLƏ KULİNARİYA SƏYAHƏTİ
Noyabrın sonundan etibarən dünyanın ən balaca aşpazı ən müasir 3D Projection Mapping Texnologiyasından istifadə edərək öz ustalığını nümayiş etdirir. Şam yeməyi masasında əyləşənlər dünyanın ən balaca aşpazını öz yemək boşqablarında izləyə biləcəklər. Qonaqlar Executive Menyu, Klassik Menyu, Vegetarian Menyu və Uşaq Menyuları arasında seçim edə bilərlər. Nəzərinizə çatdıraq ki, videolar bütün menyular üçün eynidir - onlar Klassik Menyuya aiddir.
Bakıdakı "Le Petit Chef" Four Seasons Baku Oteli və 2Spice Entertainment GmbH arasında əməkdaşlıqdır..